Aktrisa Niyaməddin Musayevdən DANIŞDI:“Xəstəliyi ilə ağır formada...”

Aktrisa Məleykə Əsədova koronavirusa yoluxan xalq artisti Niyaməddin Musayevin səhhəti haqqında danışıb.
“Sherg.az” xəbər verir ki, o bu barədə İnstaqram səhifəsində yazıb. N.Musayevlə fotosunu paylaşan sənətçi bunları söyləyib:

“30 illik sənət dostum, sənətkar, həqiqi insan Niyaməddin Musayev 5 gündür ki, Mərkəzi Neftçilər Xəstəxanasına Covid xəstəliyi ilə ağır formada yerləşdiriblər. Göydə Allah, yerdə savadlı tibb işçilərinin sayəsində  Niyaməddin müəllim dünəndən özünü yaxşı hiss edir.

Tez sağal, sənətkar. Birlikdə verlişlərdə iştirak etməliyik. Azərbaycanda çox savadlı həkimlərimiz var. Bu xəstəliklərin baş aldığı zamanda həkimlərin əziyyətini qiymətləndirmək və təşəkkür etmək lazımdır. Allah Niyaməddin müəllimin simasında bütün sənətkarlarımızı qorusun.

Özümüzü, yaxınlarımızı qoruyaq. Xəstə olduqda evi tərk etməyək. Qayda-qanunlara tabe olaq. Hər bir qanun sağlamlığımız üçündür. Allahımıza dua edək”.