İlk dəfə 13 yaşında dostunun qanını içib

Həkimlər Türkiyədə vampir xəstəni müalicə etdilər


Dostunun qanının dadına baxıb! “Şərq” “Milliyet.com”a istinadən bildirir ki, türkiyəli həkimlər vampir xəstəliyinin müalicəsində əsaslı nailiyyət əldə ediblər. Həkim İlknur Kiraz Avcı həmkarı, professor doktor Çiçək Hocaoğlu ilə birlikdə əldə etdiyi nəticə dünya səhiyyəsində böyük marağa səbəb olub və tibb tarixində iz qoyub. Söhbət 2013-cü ildə qaniçmə xəstəliyinə  - vampirizmə tutulmuş 23 yaşlı türk gəncdən gedir.  Bu gəncin həyat hekayəsi dünyaca məşhur "Journal of Psychotherapy" and Psychosomatics’dərgisində nəşr edilibmiş.  8 il sonra Türkiyədə daha bir vampirizm olayı ortaya çıxdı. Özünə zərərvermə davranışları sərgiləyən 19 yaşlı bir gəncin adı da vampirizm xəstəliyinə tutulanlar sıyahısına düşdü. Məlum səbəblərdən bu insanların adları açıqlanmır. Lakim həkimlər onları tanıyır, müalicə edir.

Bu məsələdə xəstə yaxınlarının həkimə müraciət etməsi böyük önəm daşıyır. 19 yaşlı gənclə bağlı valideynləri həkimə müraciət edib. Gənc ali məktəb tələbəsidir. Valideynləri bir müddət müşahidə edib ki, gənc oğlanda ətrafdakılara güvənməmək, kiməsə zərər verməmək üçün tənhalığa çəkilmək, insanlardan qaçmaq və qana meyillilik özünü göstərir. Valideynlər həkim-psixiatr İlknur Kiraz Avcı və professor Çiçək Hocaoğluna müraciət edirlər. Psixiatrlar müalicə kursuna başlayır.

Gənclə söhbət zamanı o, ilk dəfə 13 yaşında olarkən ayağı qanayan dostunun qanının dadına baxdığını söyləyib. Məlum olub ki, gənc tələbə ikən təcrübədə keçdiyi xəstəxanada (çox güman ki, gənc tibb təhsili alırmış – red.) özündən, həmçinin tələbə yoldaşlarından nümunə üçün lazım olduğundan artıq qan aldırıb. Vampirizm xəstəliyi əlamətləri olan gənc özünü belə anladıb: “kənardan baxıldıqda sakit, amma əslində əsəbi, duyğularını bəlli etməyən, duyğuları tez-tez dəyişən biriyəm.

Daxilimdə yaxşı və pis, müsbət və mənfi – iki fərqli insan var. Birincisi, sakit və yardımsevər, ikinsici isə əsəbi, insanlara zərər verən, ətrafdakıları əsassız yerə incidən, küsdürən biridir”. 

Müalicə həkimlərinin bu gənclə bağlı gəldikləri nəticə isə bundan ibarətdir: “Psixiatrik dəyərləndirmədə paranoid, borderlin, antososial, di-sosiatif xüsusiyyətlərə malikdir”. Müalicə həkimləri gənclə 3 ay boyunca həftədə bir dəfə olmaqla görüşərək psixiatriyanın  müalicə metodlarından istifadə ediblər. 

Həmçinin gəncə lazımi dərman preparatları da təyin edilib. 3 aydan sonra gəncdə qan içməyə heç bir meylin, istəyin qalmadığı, səbirsiz, sərhəd tanımayan davranışlar sərgiləmədiyi məlum olub.

Bununla da həkimlər vampirizm xəstəliyinin müalicəyə cavab verən olduğunu təsdiqləyblər. “Vampir” gənc isə həkimlərlə söhbəti zamanı, bizcə, valideynlərin, ailə üzvlərinin, çevrədəki insanların, müəllimlərin də diqqət etməli olduğu çox vacib bir məqama toxunub:  “Uşaqlığım xəstəliklərlə keçdi. Tez-tez  gah qarnım ağrıyırdı, gah boğazım. Amma bu halımda belə, anam mənə şəfqət göstərmirdi,  diqqət yetirmirdi, atam da məsafəli davranırdı. Böyük qardaşım bacımla bərabər mənə də diqqət göstərsəydi, mənimlə maraqlansaydı, indi burda olmazdım. Məktəbdə də yaxın dostum olmadı, yoldaşlarım məndən çəkinirdilər, qorxurdular”.