Baş Dövlət Yol Polisi İdarəsində yeni təyinat - STRUKTUR DƏYİŞDİ - YENİLƏNİB





Daxili İşlər Nazirliyinin strukturunda dəyişiklik baş verib. Lent.az-ın avtosfer.az-a istinadən məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsi DYP-dən ayrılıb. Şöbə bundan sonra Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsinin tabeliyində olacaq. DYP-dən ayrılan şöbə bundan sonra DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin bilavasitə tabeliyində olan Yol-Nəqliyyat Hadisələrinə Dair İşlər üzrə İstintaq və Təhqiqat Şöbəsi adlanacaq. Məlumatı Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev təsdiqləyib.
15:43
****
Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsində İstintaq və Təhqiqat Şöbəsinə yeni rəis təyin edilib. Lent.az-ın məlumatına görə, Xətai rayon Polis İdarəsi İstintaq Şöbəsinin rəisi Vüqar Əhədov BDYPİ-də şöbə rəisi vəzifəsinə təyin edilib.
Qeyd edək ki, BDYPİ-nin İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Hikmət Kərimov mayın 3-də sərəncama göndərilib. Afn.az saytında H.Kərimovun bir vaxtlar mühacir həyatı yaşaması barədə məlumat yayıldıqdan sonra onun barəsində xidməti araşdırmanın aparıldığı bildirilir.