“Avqust ayında 16 nəfər ilanın sancması ilə bağlı 1 saylı Kliniki Tibbi Mərkəzə (KTM) müraciət edib”.
Bunu Oxu.Az-a açıqlamasında Mərkəzin Toksikologiya şöbəsinin müdiri, baş toksikoloq Azər Maqsudov deyib.
Onun sözlərinə görə, təcili yardımla gətirilən həmin xəstələrdən ikisi uşaq olub:
“Hər biri müayinə olunub, analizlər götürülüb və onlara zərdab vurulub”.