Araşdırma: 43 milyon illik dörd ayaqlı balina skeleti 

 Balinaların qurudan dənizə keçid prosesini izləyən elm adamları dörd ayaqlı balina növünə aid 43 milyon illik skelet tapdıqlarını açıqlayıblar.
“Sherg.az” “Ntv.com”a istinadən xəbər verir ki, Misirdə tapılan balinanın bu növü nəsli kəsilmiş “Protocetidae” balina qrupuna aiddir.
Araşdırmaçılar bildirir ki, balina Misirin Qərbi çölündə “Eosen” qayalarında ortaya çıxıb. Alimlər üzərində çalışmaq üçün skeleti “Mansoura” Universiteti Onurğalı Paleontologiya Mərkəzinə (MUVP) aparıblar. İş zamanı meydana çıxıb ki, balinanın uzunluğu 3 metr, bədən kütləsi  isə təxminən 600 kiloqram olub. Tədqiqatçılar deyirlər ki, Afrikada erkən balina təkamülünün böyük mənzərəsi əsasən sirr olaraq qalır.