Elm adamları son illərdə işıq çirkliliyinin həşəratların görmə qabiliyyətini azaltdığını təsbit ediblər.
“Sherg.az” türk mediasına istinadən bildirir ki, İngiltərədə aparılan bir araşdırmada küçə lampaları böcəklərin sayını yarıya endirir.
Problemdən çıxış yolu kimi ictimai təhlükə yaratmayan praktik həll metodları seçilib. Məsələn, erkən saatlarda küçə işıqlarının söndürülməsi, hərəkət sensorlarının quraşdırılması və ya rəng filtrlərinin istifadəsinin mövcud zərərləri azalda biləcəyi ifadə edilib.
Araşdırmada arıların, qarışqaların və böcəklərin məməlilərdən, quşlardan və sürünənlərdən səkkiz qat daha sürətli öldüyü üzə çıxıb.