Azərbaycanlı sprinterin ikinci cəhdi də uğursuz alındı

Azərbaycanlı sprinter Elmir Cəbrayılov (T13 kateqoriyası) Tokioda keçirilən Yay Paralimpiya Oyunlarında 400 metr məsafəyə qaçışda qüvvəsini sınayıb.
Oxu.Az-ın xəbərinə görə, idmançımız səkkiz nəfərin yarışdığı təsnifat mərhələsində altıncı olub.
İdmançımız finişə 52.17 saniyəyə çata bilib.
Qeyd edək ki, Elmir Cəbrayılov avqustun 29-da 100 metr məsafəyə qaçışda mübarizə aparmış, lakin təsnifat mərhələsində finişə gəlib çata bilməmişdi.