Bakıda daha bir küçədə ağacların dibi asfaltlanıb - FOTO


Bakı şəhərində obyekt tikintisi zamanı ağacların dibini asfaltlanıb.

Bu barədə görüntülər vətəndaşlar tərəfindən Oxu.Az-ın redaksiyasına göndərilib. 

Bildirilib ki, Xətai rayonu, Nəsrəddin Tusi küçəsində tikinti zamanı ağaclar budanıb, dibi isə asfaltlanıb. 

Məsələ barədə Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Yaşıllaşdırma Təsərrüfatı Birliyi tərəfindən ağacların dibi asfaltdan təmizlənib:

“Onlara aqrotexniki qaydada qulluq göstərilib”.

Qeyd edək ki, ötən gün də Azadlıq prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində ağacların dibinin asfaltlanması ilə bağlı sosial şəbəkədə yayılan görüntülər yayılmışdı.