“Türkiyənin yeni miqrant dalğası qəbul etmək imkanı yoxdur”.
“Report” “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın mətbuat xidmətinin rəhbəri İbrahim Kalın söyləyib.
“Beynəlxalq ictimaiyyət təcili və qərarlı şəkildə məsuliyyəti öz üzərinə götürməlidir”, - o söyləyib.
Əfqanıstanda humanitar vəziyyətin daha da pisləşməməsi üçün sabitliyin bərqərar olmasının və sülh yolu ilə keçid prosesinin önəmi vurğulanıb.