Ərdoğan "qərarlıyıq” dedi: Türkiyədə məktəblər açılır!  

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkədə təhsilin hansı qaydada keçirilməsi ilə bağlı danışıb.
Bu barədə “Sherg.az” “Haberglobal”a istinadən xəbər verir.
Bildirilir ki, dövlət başçısı yeni tədris ilindən ənənəvi tədrisin bərpa olunacağını deyib. “Artıq uşaqlarımızı məktəblərdən uzaq saxlamaq lüksümüz yoxdur. Məktəbləri açmaqda qərarlıyıq”.-deyə, dövlət başçısı əlavə edib.