175 ölkə iqlim üzrə Paris razılaşmasını imzaladı





İqlim üzrə Paris razılaşmasını 175 ölkə imzalayıb. APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu BMT baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq bəyan edib.
Onun sözlərinə görə, daha 15 ölkə sənədi ratifikasiya edib.
"Beləliklə, "Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası"n rekordu yenilənib. 1982-ci ildə adıçəkilən sənədi 119 ölkə imzalamışdı”, deyə F.Haq bildirib.