Kül və heyvan gübrəsiylə suvaq çəkirlər
Türkiyənin Ədirnə və Trakya bölgələrində arıçılar qədim ənənələrlə bal yetişdirir. Bu üsul bal şanısının həsir səbətlərdə toplanmasıdır. “Şərq” Türkiyə mediasına istinadən xəbər verir ki, Ədirnənin Süloğlu əyalətində yaşayan 30 yaşlı Uğur Boz bu qədim ənənə ilə bal yetişdirir. Bununla həm unudulmaqda olan ənənəni yaşadır, həm də yüksək keyfiyyətli bal əldə edir. Uğur Boz yerli mətbuata açıqlamasında bu üsulu nənəsindən öyrəndiyini deyib:
“Biz uşaqlıqdan arıçılığın əhatəsindəyik. Səbət balı üsulunu bizə atamın anası öyrətdi, səbət balını necə yetişdirəcəyimizi başa saldı. Evimizin yanında “arılı bağça” adlı yer vardı, orada babam, nənəm səbət balı yetişdirirdi. Biz də həm müasir üsullarla, həm də babamdan, nənəmdən qalan üsulla yetişdirməkdə davam edirik. Bu üsul sərfəlidir, həm də asandır. Səbətlər söyüd budaqlarından hörülür, bəlli bir müddət günəş altda qurudulur, sonra kül və heyvan gübrəsiylə suvanır, suvaq da yaxşıca quruduqdan sonra artıq hər tərəfi qapanmış səbətin içərisinə arılar yerləşdirilir.
Bu səbətlərdə arılar qışın soyuğundan, yayın istisindən qorunur. Səbətin içindəki arılara bal yetişdirmələri üçün heç bir qida verilmir.
Arılar özləri pətək hörür, pətəkləri balla doldururlar. Ola bilsin, səbət balı daha azdır, amma keyfiyyəti yüksəkdir, ətri də fərqlidir, dadı da əladır. Səbətlərə kənardan heç bir müdaxilə edilmir. Bütün işləri arılar özləri görür. Biz sadəcə, sentyabr ayında bal çıxarırıq” deyən Uğur Boz bu qədim ənənə itməsin deyə. Ədirnə Xalq Tədris Mərkəzində gənclərə səbət balının yetişdirilməsini əyrəntdiklərini də söyləyib.
Məlahət