"Uşaqlar "Douyin"də yalnız 40 dəqiqə vaxt keçirə biləcəklər"
Dünyada insanlar arasında asılılıq yaradan və bu səbəbdən daha çox müzakirə edilən "TikTok" sosial media tətbiqinə daha bir ölkədə istifadəsinə qadağa qoyulub.
"Şərq" xarici mətbuata istinadən xəbər verir ki, Çin hökuməti gənclərin internet asılılığını azaltmaq üçün yerli "TikTok" versiyası olan "Douyin"in istifadəsini tətbiq etmək qərarına gəlib. Alınan yeni qərara görə, "Douyin"in gənclərin internet asılılığını azaltmaq üçün 14 yaşından kiçik uşaqlara vaxt məhdudiyyəti qoyub. Həmin yaş kateqoriyasında olan uşaqlar "Douyin"də yalnız 40 dəqiqə vaxt keçirə biləcəklər. Həmçinin, qeyd olunub ki, yeni sosial media tətbiqinə yalnız sabah saat 6-dan axşam saat 12-dək girmək mümkün olacaq. Digər tərəfdən, şirkət valideynlər üçün başqa bir seçim olaraq "Xiao Qu Xing" (Little fun star) adlı başqa bir yeni tətbiqetməni istifadəyə verdiyini açıqlayıb. "TikTok"a bənzər bu tətbiqdə təhsil videolarının yayımlandığı və valideynlərin gündə 15 dəqiqəyə qədər vaxt təyin etmək hüququna sahib olduqları bildirilib.
Aynurə