Ermənistanda sabiq polis rəisi həbs edilib


Ermənistanda keçmiş polis rəisi Vardan Minasyan həbs edilib.

“Report” “News.am”a istinadən xəbər verir ki, bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsindən məlumat verilib.

O, tabeliyində olan bölmənin rəhbəri ilə birlikdə xüsusilə külli miqdarda pul vəsaitlərinin mənimsənilməsi prosesini təşkil etməkdə və çirkli pulların yuyulmasında ittiham olunur.

Qeyd edək ki, V.Minasyan 2015-2016-cı illərdə polisin dövlət təhlükəsizliyi baş idarəsinin rəisi vəzifəsində çalışıb.