İslam peyğəmbərinin “şəkli” olan kitablar müsadirə edilib

Ərdoğan: "Bu işə cavabdeh olanlardan əlbəttə ki, hesab sorulacaq"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bölgə müftilərinin 40-cı toplantısında çıxışı zamanı vacib məsələyə toxunub. R.T.Ərdoğan bildirib ki, son dönəmlərdə Avropada islam peyğəmbərinə qarşı sayğısızlığa qarşı ən güclü təpkini Türkiyə nümayiş etdirib. 

Lakin Türkiyə hökuməti də  gözlənilməz hadisə ilə qarşılaşıb. Suriyada Türkiyə dövlətinin nəzarəti altında olan bölgələrdəki məktəblərdə içində islam peyğəmbərinin rəsmi kimi təqdim edilən şəkilli kitablar paylanıb. Bundan xəbər tutulduğunda kitabların paylanması dərhal dayandırılıb, kitablar məktəblərdən toplanıb.

 Ərdoğan “bu işə cavabdeh olanlardan əlbəttə ki, hesab sorulacaq. Müftilərimiz vəzifələrini layiqincə yerinə yetirmədikdə, Allah göstərməsin, qos-qoca bir millətin bu dünyası da, ötəki dünyası da bərbad olar”, deyib.