Pitbull dəhşəti...


4 yaşlı Asiyənin vəziyyəti ağırdır

   Türkiyənin Qaziantep şəhərində pitbull cinsi 2 itin hücumuna məruz qalan 4 yaşlı Asiyə Atəşin vəziyyəti hələ də ağır olaraq  qalır. Bu barədə xəbər Türkiyə mediasında yer alıb. Hadisə Qaziantep Şahin bəy bölgəsi Beştəpə Məhəlləsində baş verib. Yaşayış binasının önündəki basketbol meydançasında oynayan 4 yaşlı Asiyə pitbull cinsi 2 itin hücumuna məruz qalıb. Uşağın qışqırtısına qonşular, ətrafdakı adamlar yürüyüb. Uşağı itlərin dişindən zorla xilas ediblər. Qan içində olan uşaq təcili Qaziantep Universiteti Şahin bəy Tədris və Araşdırma Xəstəxanasına aparılıb. 

Xəstəxananın baş həkimi Beyhan Təhməzoğlu bildirib ki, həkimlik fəaliyyəti boyunca belə hadisə ilə qarşılaşmayıb: 

“Asiyənin xüsusilə başında, boynunda ciddi yaralar var. Baş hissədəki yaralar daha dərindir. Kəllə sümüyündə qırıqlıq təsbit edilib. Saç dərisi toxumaları ciddi zədələnib. Qulağında eşitmə problemi var. 

Üz sinirlərini hərəkət etdirməkdə çətinlik çəkir. Uşaq xəstəxanaya gətirilərkən huşsuz vəziyyətdə idi. İndi durumu bir az yaxşılaşıb. Bəzi əməliyyatlar həyata keçirilib. İtlərin dişləməsi beyin toxumalarına qədər işlədiyi üçün bəzi sıxıntılar var. İnfeksiyaya yaxalanma təhlükəsi ola bilər. Uşağın müalicəsi hazırda reanimasiyada davam edir. 7-10 gün kritik müddətdir. 

Bu müddəti atlada bilsə, sonra yenə bir neçə əməliyyat icra edəcəyik. Amma həyati təhlükəsi davam edir. Hər şey yaxın 7-10 gün ərzində məlum olacaq. Sonra sağlıq durumu ilə bağlı daha dəqiq cavab verə biləcəyik”. 

   Qeyd edilir ki, son illərdə pitbull cinsi itlərin hücumuna məruz qalanların sayı artdığından vətəndaşlar  bu itlərə sahiblənmənin qadağan edilməsini istəyir.