Gürcüstanlı “qanuni oğru” Yunanıstanda öldürüldü

“Şotiko” kimi tanınan kriminal avtoritet Şota Tevdoradze Yunanıstanda öldürülüb.

Gürcüstanın Kütaisi şəhərindəki “qanuni oğru”ların 41 yaşlı lideri Afinada oğlunun gözü qarşısında güllələnib.

Hadisə Afinada yanvarın 2-də, gecə saat 01.00 radələrində baş verib. Tevdoradze evinin yaxınlığında başından güllələnərək qətlə yetirilib.

Mənbə: news.ru