Türkiyə şirkətindən İstanbul-İrəvan-İstanbul reysləri ilə bağlı MÜRACİƏT


Türkiyənin “Pegasus” aviaşirkəti İstanbul-İrəvan-İstanbul reyslərinin yerinə yetirilməsinə icazə almaq üçün Ermənistanın Mülki Aviasiya Komitəsinə müraciət edib.

Bu barədə Ermənistanın Ərazi İnkişafı və İnfrastruktur Nazirliyinin mətbuat katibi Sona Arutyunyan bildirib:

“Pegasus” fevral ayından başlayaraq həftədə iki uçuş həyata keçirmək üçün ərizə təqdim edib”.

Onun sözlərinə görə, Mülki Aviasiya Komitəsi müraciəti nəzərdən keçirməyə başlayıb və yaxın müddətdə qərar verəcək.

Bundan əvvəl Ermənistanın “Flyone Armenia” aviaşirkəti İrəvan-İstanbul-İrəvan çarter reyslərini yerinə yetirmək üçün yerli aviasiya hakimiyyətindən icazə alıb və Türkiyə tərəfdən də analoji qərarı gözləyir.

Mənbə: TASS