Dəyəri 2 milyon dollardır


Polis üzərində möhür olan timsah dərisinin satışa çıxarılmasının qarşısını alıb
 
Türkiyənin Diyarbəkir şəhərində polis əməkdaşları oğruları iş başında yaxalayıb. “Şərq” “Milliyet.com.tr”yə  istinadən qeyd edir ki, Diyarbəkir polisi keçirdiyi xüsusi əməliyyatla tarixi əsərin satışa çıxarılmasının qarşısını alıb. Söhbət dəyəri 2 milyon dollar olan, Roma imperatorluğu dönəminə aid, üzərində ərəb qrafikasıyla möhür olan timsah dərisi və tunc lövhədən gedir. Polisə şübhəli 4 şəxsin  əntiq əşyaları satmaq üçün müştəri axtardıqlarına dair məlumat daxil olub. 

Həmin 4 nəfər polis tərəfindən keçirilən əməliyyatda yaxalanıb. Polis onları təqib edib. Şübhəli şəxslər Bağlar bölgəsi, Alankoz Məhəlləsində tarixi əşyaları satmağa çalışarkən saxlanılaraq polis şöbəsinə gətiriliblər. Şəxslərin mindiyi avtomobildə aparılan axtarış zamanı yuxarıda adı çəkilən əşyalar tapılıb. Tarixi əşyalar Diyarbəkir Muzey Müdirliyinə təhvil verilib.