"Türk Ağsaqqalları Birliyi türk dünyasına böyük xidmət göstərəcək" - Tanınmış türk yazar

"Azərbaycanda yeni yaradılan Türk Ağsaqqallar Birliyinin türk dünyasının incəsənət və mədəniyyətini önə çıxaracaq. Onun inkişafına xidmət etməsi, sənət və mədəniyyət adına sevindirici haldır".

Bu sözləri İngiltərədə yaşayan tanınmış yazar, şair və sosioloq Semra Eren-Nijhar Türk Ağsaqqalları Birliyi ilə bağlı fikirlərini şərh edərkən bildirib.

“Atatürk “Bir millət rəsm çəkməsə, bir millətheykəl inşa etməsə, bir millət ki, texnikanın gərəkliyini dərk etməsə, etiraf etməliyik ki, o millətin inkişafı yolunda yeri yoxdur” deyərkən dünyanın harasından olursa olsaq, sənətin önəmini vurğulayıb və altına imza ataraq gələcək nəsillərə yol göstərmişdir”.

Semra Eren-Nijhar bu yolda yeni yaranan Türk Ağsaqqalları Birliyinin qurulmasını ümidverici olduğunu qeyd edib:

“Tarixdə Türk dünyasının gizli qalan, tanınan və tanınmayan, bilənən və ya bilinməyən yazarları, şairləri, musiqiçiləri, heykəltaraşları, rəssamları və teatrçıları önə çıxarmağa özünə məqsəd edən Türk Ağsaqqalları Birliyi türk dünyasına böyük xidmət göstərəcək. Birlik mədəniyyətə, elmə verdiyi töhfələri ilə yeni nəsillərə örnək olacaq və gənc nəsillərin elmi, şüurlu, həssas və sağlam insanlarlarla irəliləməsini həyata keçirəcəkdir. Belə önəmli bir missiya üçün yola çıxan Türk Ağsaqqalları Birliyinin komandasını təbrik edirəm”.