Həssas Homonculus adam!

  Fotoda gördüyünüz qəribə insan  "Həssas  Homonkulus Adam" adlanır.  Bu adamın orqanlarının ölçüsü onun beynin duyğu mərkəzində (somatosensor korteks) təmsil olunduğu sahənin ölçüsü ilə mütənasibdir.
 Gözlərin, qulaqların, dodaqların, dilin, əllərin və cinsiyyət orqanlarının nə qədər yer tutduğuna xüsusi diqqət yetirin. Bu bölgələrdə duyğu reseptorlarının sayı da digər bədən hissələri ilə müqayisədə çox yüksəkdir. 
"Sherg.az" xarici mediaya istinadən xəbər verir ki, bu orqanların beynimizdə tutduğu yer olduqca önəmlidir. Onlar görmə, tutma, toxunma və eşitmə kimi həyati funksiyaları artıraraq yaşamaq və çoxalma qabiliyyətimizi artırır. Bəs, onların beyində tutduğu sahə bütün insanlarda  eyni ölçüdədirmi? Əlbəttə ki, xeyir. Çünki  beynin plastiklik adlanan uyğunlaşma və dəyişmə proseslərinə görə beyində sensor girişlərin artdığı bölgələrin sahəsi də eyni dərəcədə artır. Buna ən gözəl nümunə görmə qabiliyyəti zəif olan insanların əllərinin duyğu qabiliyyətinin normal insanlara nisbətən dəfələrlə artıq olmasıdır.