Vəfat edən internet fenomeninə 3 qitədən başsağlığı mesajları yağır

Rizənin Bazar qəsəbəsində, nəvələri tərəfindən paylaşılan bir-birindən maraqlı görüntüləri ilə ictimai media fenomeni halına gələn 98 yaşlı Hüsnüyə Ovçu vəfat edib. Təqibçiləri yaşlı qadın üçün Asiya, Avropa və Amerika qitəsindən başsağlığı mesajları göndərdi.
Keçən il may ayında nəvəsi Yetiş Ovçu tərəfindən şəkilləri paylaşılmağa başlanan 5 uşaq, 32 nəvə sahibi Hüsnüyə Ovçu, qısa müddətdə ictimai mediada diqqət mərkəzinə çevirildi. Bir-birindən maraqlı foto və videoları paylaşılan yaşlı qadının, Türkiyə ilə yanaşı Asiya, Avropa və Amerika qitəsində də təqibçiləri ortaya çıxdı. Yaşına baxmayaraq avtomobil idarə edən, bağ işləri ilə məşğul olan, türkülər söyləyən Hüsnüyə nənə, "Trabzonspor"lu olması ilə də önə çıxdı.