2 aylıq ömürü qaldı

Atası ilik tapıldığı təqdirdə sahibinə 20 min TL mükafat verəcəyini yazdı
Türkiyənin Bolu şəhərində yaşayan 3 yaşlı sümük iliyi xəstəsi Zeynəb Gülcan üçün uyğun ilik tapılmadığına görə, çarəsiz ata hər yola əl atır.
Zeynəb Gülcan üçün həftələrdir təşkil edilən "qan hədiyyəsi” kampaniyalarına marağın az olması, ilik tapılması ehtimalını xeyli azaldıb.
2 aylıq ömürü qaldığı ifadə edilən Zeynəb Gülcanın atası Mustafa Gülcan, ictimai paylaşma saytı Facebookdan qızına ilik tapıldığı təqdirdə sahibinə 20 min TL mükafat verəcəyini yazdı.
Ağrılı ata Gülcan "Hər şey qızım Zeynəb üçün. Qan hədiyyəsini edən və iliyi uyğun gələn adama 20 min TL mükafat verəcəyəm. Bu paylaşmadan utanmıram. Tam 3 ildir mübarizə edirəm və yoruldum. Çarə axtarıram. Yalnız 2 ay var. Qızımın yaşaması üçün ilik tapılması gərəkdir. İnanın pulum da yoxdur. Amma qızım yaşasın, mən bu pulu tapıb verəcəyəm. Nə olar qan hədiyyəsini edin” dedi.