2 ildir o qapıdan içəri keçə bilmirlər

Sənət muzeyinə girməyə çalışan 2 pişik internet fenomeni oldu



Yaponiyanın qərbindəki Onomiçi şəhərində 2 ildir davamlı qapıdan geri qaytarılmalarına baxmayaraq yenə də sənət muzeyinə girməyə çalışan 2 pişik internet fenomeni oldu.
Ken-chan adlı qara pişik muzeyin qapısından ilk dəfə 2016-cı ildə bir pişik şəkilləri sərgisi zamanı geri itələnib.
İngilis "Guardian" qəzetinə danışan muzeyin kuratoru Şinji Umebayaşi, "Ken-chanın şüşədən şəkilləri gördüyünü sanırıq. İçlərində qara pişik fotoları vardı. Hər halda özünə dost əldə edə biləcəyini düşündü və ondan sonra davamlı bura gəlməyə davam edir" deyir.
Muzey səlahiyyətlilərinə görə, Ken-chan bir il sonra muzeyə, personalın Go-chan adı verdiyi bir sarı pişiklə gəlməyə başlayıb.
Ken-chan ilə Go-chan zamanla qapıdan duran vəzifəlilərlə dostluq etməyə başlayıb.
Twitterdə keçən ay nümayiş olunan bir videoda, muzeyin qarşısında gözləyən Ken-chanın avtomatik qapılar bağlanarkən içəri girməyə çalışdığı, ancaq muzey vəzifəlisinin heyvanın zərər görməsini əngəlləmək üçün müdaxilə etdiyi görünür.
Vəzifəli ilə pişiklər arasındakı dostluğun fotosu və videoları ictimai mediada böyük marağa səbəb olub.

Turan