2 yaşlı uşaq batareya uddu

Həkimlər onu güclə həyata qaytardılar
2 yaşlı uşaq ölümdən döndü. Britaniya mətbuatının məlumatına görə, Sopine adlı bir qız öz otağında oynayarkən udduğu batareyadan sonra dəhşətli halda ağlamağa başladı.
Uşağın otağına qaçan anası Klare, əvvələr uşağının belə ağladığını görməmişdi. Ana qızının nə isə udduğunu anladı. Rentgen müayinəsindən sonra 2 yaşlı uşağın batareya udduğu məlum olub. Yad cismi uşağın bədənindən çıxaran həkimlər onun ağciyərindəki deşiyi fərq etməmişdilər. Beləcə əməliyyatdan sonra Sopinenin vəziyyəti daha da ağırlaşır. Ağciyərindəki deşik getdikcə böyüyürdü. Durumu nəzərə alan həkimlər uşağı təkrar əməliyyat masasına yatırıblar. Bədənindəki mayeni çəkmək üçün dəlikdən mədəsinə boru taxılan uşaq beləcə 6 gün sünii tənəfüz aparatında saxlanıldı. Qız 6 aylıq müalicənin ardından nəhayyət, möcüzə olaraq həyata dönməyi bacarır. Qız hazırda yaxşıdır, lakin hər gün narkotik həbb qəbul edir. Ailəsi isə batareya təhlükəsinə qarşı bir dərənək yaradıb, bü cür hallara yardım üçün hədiyyələr trolayır.