"20-yə yaxın siyasi təşkilatın 150 adam yığması biabırçılıqdır" - Növbəti iflas





"Milli Şura” adlı qurum, ümumiyyətlə radikal müxalifətin ictimaiyyət arasında heç bir nüfuzu qalmayıb.

Bunu "Sherg.az”a açıqlamasında "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.

Baş redaktor bildirib ki, radikal ünsürlər yalan vədlərlə, boş fikir və çağırışlarla yalnız şəxsi maraqları çərçivəsində özlərinin varlıqlarını tətbiq etməyə çalışırlar: 

"19 yanvar aksiyasında həmin qüvvələr öz mənəm-mənəmlik iddialarını növbəti dəfə ortaya qoydular. Əslində baş verənlərin hamısı radikal müxalifətin həqiqi üzünü, kimliklərini ifşa etdi. Hətta 20 yanvar günü belə şəhidlərin ruhuna hörmətsizlik etdilər. 

Öz siyasi məqsədlərini reallaşdırmaq üçün şou düzəltməyə çalışdılar. Ancaq bütün hərəkətləri ilə cəmiyyətin dəstəyini yox, ikrahını qazandılar. O insanlar ləyaqətsizdirlər, xalqa qənim kəsilmiş şəxslərdir. Qətiyyətlə deyirəm ki, aksiya və mitinq adı küçəyə çıxanların böyük əksəriyyəti şou məqsədi ilə ora toplaşırlar”.

V.Rəhimzadə vurğulayıb ki, radikal müxalifət 10 gündür sosial şəbəkədə qışqırmaqlarına, mənasız hay-küy salmaqlarına baxmayaraq, 31 yanvar günü növbəti dəfə iflasa uğradılar: 

"Onların yalanları üzə çıxdı və meydana heç bir maneçilik törədilmədiyi halda sadəcə 150 nəfər çıxara bildilər. Hətta orada bir partiya rəhbəri var idi ki, küçəyə sadəcə 3 nəfərlə çıxmışdı. Bu da həmin qüvvələrin hansı resursa sahib olduqlarını göstərir. 20-yə yaxın siyasi təşkilatın 150 nəfər adam yığması əsl biyabırçılıqdır. Həm də radikalların məhvi deməkdir”.

İsmayıl