200 il əvvəl İstanbul belə idi - Fotolar

1835-ci ildə doğulan İsveçli fotoqraf Guillaume Berggren, 1866-cı ildə Marselə getmək üçün çıxdığı səfərini, İstanbulda yarımçıq buraxır. Fotoqraf peşəsini Berlində öyrənən, daha əvvəl Hamburq, Drezden, Lubliyana, Bükreş kimi şəhərləri gəzən Berggren, qalan həyatını İstanbulda keçirir.
Pera prospektində bir studiya açdığın zaman təqvim 1870-ci ili göstərir. Guillaume Berggren xüsusilə mənzərə şəkilləri çəkməyə fokuslanır. 
Peşəsini buraxdığı 1905-ci ilə qədər saysız-hesabsız İstanbul mənzərəsini və şəhərin küçə aralarınının şəkilini çəkir. Şəhərin 19-cu əsrdə sahib olduğu xüsusi toxu və şahidlik etdiyi tarixi hadisələr Guillaume Berggrenin kadrlarında ölümsüzləşir. Bununla bərabər xatirə şəkili çəkdirmək istəyən bir çox xarici səyyah da Berggrenin İstanbuldakı studiyasını ziyarət edir. Guillaume Berggren imzasını daşıyan bu kadrlar, bizi 19-cu əsrin İstanbuluna doğru bir səfərə çıxarır.