İraqda İran kürdlərinə zərbə: Rejimə müxaliflər hədəf alındı

İraqın şimalındakı Ərbil şəhərində Tehran hökumətinə müxalif olan İran kürdlərinin hədəflərinə iki PUA ilə zərbə endirilib.

Axar.az xəbər verir ki, bu barədə “Əl-Hədəs” məlumat yayıb.

Bildirilib ki, şəhərin Rizqari rayonunda yerləşən obyektlər hücuma məruz qalıb.

Yaralılar və dağıntılar barəsində informasiya yoxdur.

Hücumun kim tərəfindən həyata keçirildiyi bəlli deyil.