200.000: Sahildən tapdılar, bu daşı satıb ev alacaqlar





Sahildə gəzməyə çıxan cütlük tapdıqları daşın təxminən 200.000 TL dəyərində olduğunu bilib çaşıblar.

İngiltərənin Overton kəndində yaşayan Gary və Angela Villiams cütlüyü, Morecambe körfəzindəki Middleton sahillərində gəzərkən çürümüş balıq qoxusu hiss edirlər. Qoxunun gəldiyi tərəfə gedən cütlük, qəribə görünüşlü bir daş tapıblar. Onlar bu daşın, ətir istehsalında istifadə edilən balina ifrazı olduğunu anlayırlar. Villiams cütlüyü əvvəllər qəzetdə oxuduqları bir materialda tapdıqları daşın yüksək qiymətə satıldığını duyunca daşı örtüyə büküb evə gətiriblər. Gary (48) daşı evindəki tərəziyə qoyub. Daş 1.57 kq gəlib. Bu balina ifrazı, 2013-cü ildə Morecambe yaxınlığında tapılan ifrazın haradasa yarısına bərabər gəlib. 2.7 kq ağırlığında olan əvvəlki maddəyə təxminən 480.000 TL qiymət verilmişdi. Gary və tibb bacısı olan arvadı Angela (49) əllərindəki qiymətli balina ifrazını satmaq üçün alıcılarla bazarlığa girir. Gary, məhsulu əgər istədikləri qiymətə satsalar, bir ev alacaqlarını bildirib. Cütlüyün üzən qızıl olaraq adlandırdığı balina ifrazı ətir istehsalçıları üçün çox qiymətlidir. Yumru şəklində olan bu maddə balinaların bağırsaqlarında illərlə sərtləşir. Bu material balinanı yediyi sərt və kəsici maddələrdən qoruyur. Yumru şəklindəki balina ifrazı illərlə okeanda üzərək sahillərə çatır. Uzun müddət günəşə və duzlu suya məruz qalan maddə topası boz bir daş şəklini alır.