“Rayonlar dövlətin dotasiyasından çıxmalıdır. Dövlət ancaq zəruri məsələlərin maliyyə təminatını öz üzərində saxlamalıdır”
“2016-cı ildə çox ciddi islahatlar həyata keçiriləcək”
Əli Həsənov: “Qiymətindən asılı olmayaraq, neft Azərbaycanın dünya və Qərblə əlaqələrinin şah damarını təşkil edir”
“Rayonlar dövlətin dotasiyasından çıxmalıdır. Dövlət ancaq zəruri məsələlərin maliyyə təminatını öz üzərində saxlamalıdır”
“Rayonlar dövlətin dotasiyasından çıxmalıdır. Dövlət ancaq zəruri məsələlərin maliyyə təminatını öz üzərində saxlamalıdır”
"Ölkəyə təxminən 200 milyard dollar sərmayə yatırılıb. Bunun təxminən 100 milyardı Azərbaycanın özünün sərmayəsidir, digər 100 milyardı isə xarici investorlar tərəfindən Azərbaycana yatırılıb”. Bunu Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov dünən Qubada rayon ictimaiyyəti ilə keçirilən görüşdə çıxışında deyib.
Ə. Həsənov bildirib ki, 1994-2003-cü illərdə ümummilli lider Heydər Əliyevin formalaşdırdığı neft strategiyası əsasında transmilli xarici şirkətlərlə birlikdə Azərbaycanın enerji resurslarının işlənməsi, əsas ixrac marşrutlarının müəyyənləşdirilməsi, karbohidrogen ehtiyatların ixracı məsələləri həll olunub:
"2004-cü ildən Azərbaycan böyük neft pulları qazanmağa başlayıb və həmin pulların bir qismi Azərbaycanda yeni sosial-iqtisadi infrastrukturun yaradılmasına yönəldilib. Prezident İlham Əliyev Regionların sosial iqtisadi inkişafı Dövlət Proqramının icrasının 2-ci ilinin yekunları ilə bağlı konfransda çıxış edərək bildirdi ki, biz keçən müddət ərzində həmin böyük pullardan istifadə edərək Azərbaycanda müasir cəmiyyət, güclü iqtisadiyyat quruculuğu sahəsində və gələcək inkişafımızı təmin etmək üçün lazım olan hər şeyi etmişik. 2008-ci ildə Azərbaycan ümumdünya iqtisadi böhranı hiss etmədi, lakin bu böhranın 2015-ci ildə başlanan ikinci dalğası, xüsusilə neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bütün dünya ölkələrinə, o cümlədən də Azərbaycana öz təsirini göstərir. Bununla yanaşı, hətta belə bir şəraitdə ötən il bizim iqtisadiyyatımız 1,1 faiz artıb, qeyri-neft sənayesində isə artım 8,4 faiz təşkil edib. Bu o deməkdir ki, Azərbaycan öz iqtisadiyyatını şaxələndirib, onun dayanıqlığını, davamlı və dinamik inkişafını təmin edib, bütün iqtisadi və sosial resursların istifadə strategiyasını düzgün müəyyənləşdirib. Bu gün qeyri-neft sektoru iqtisadiyyatın aparıcı istiqamətinə çevrilir və artıq Ümumi Daxili Məhsulun 70 faizi məhz bu sektorda formalaşır. Lakin buna baxmayaraq, bundan sonrakı dövrdə də enerji potensialından istifadə olunacaq və bu istiqamətdə görülən işlər davam etdiriləcək. Qiymətindən asılı olmayaraq, neft Azərbaycanın dünya və Qərblə əlaqələrinin şah damarını təşkil edir”.
Əli Həsənov deyib ki, Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin mərkəzində yerləşən ölkə kimi ötən müddət ərzində nəqliyyat-tranzit imkanlarını əsaslı şəkildə genişləndirib: "Bakı-Tbilisi-Qars dəmir yolu işə düşdükdən sonra Azərbaycan, Gürcüstan və Orta Asiya ölkələri Qərblə Şərqin, Avropa ilə Asiyanın əlaqələrində xüsusi bir həlqə təşkil edəcək, bununla da ölkəmizin tranzit imkanları əsaslı şəkildə realizə olunacaq. Hazırda bu dəhlizin tam işlək vəziyyətə gətirilməsi istiqamətində ciddi iş gedir. Çindən çıxan məhsulların Orta Asiya-Xəzər dənizi-Cənubi Qafqaz-Türkiyə-Aralıq dənizi marşrutu ilə Avropa bazarına çatdırılması sınaq mərhələsindədir. Bilirsiniz ki, Azərbaycan artıq Xəzər dənizində ən böyük ticarət limanını istifadəyə verib. Bu ilin sonunda dəmir yolu çalışmağa başlayacaq və Qazaxıstan, Türkmənistan və Rusiyada da eyni infrastrukturlar tam işə düşdükdən sonra Azərbaycana böyük gəlirlər daxil olacaq, ölkənin gələcək inkişafı üçün əlavə resurslar yaranacaq. Bununla yanaşı, Azərbaycan Cənub-Şimal daşımalarında da əsas həlqələrdən biri kimi iştirak edir. İrandan və Fars Körfəzi regionundan gələn yüklərin Azərbaycandan Xəzərdəki bərələr vasitəsilə Qazaxıstan, Türkmənistan və Rusiyanın dəniz terminallarına çatdırılması da qarşıda duran məsələlərdir. Bir sözlə, biz indi həm enerji, həm də nəqliyyat-tranzit resurslarından istifadə imkanları üzərində işləyirik. Bundan başqa, "Cənub” qaz dəhlizi çərçivəsində "Şahdəniz 2” fazasının işlənməsi və böyük miqdarda Azərbaycan təbii qazının Türkiyə və Avropa bazarlarına nəqli üzərində iş gedir. Hazırda TANAP layihəsi icra olunur və bir müddət sonra böyük Azərbaycan qazını Türkiyəyə çatdıracaq ixrac boru kəməri işə düşəcək. Bununla da neftin qiymətinin enməsi ilə bağlı itkilərimizin böyük bir hissəsi kompensasiya olunacaq. Biz postneft dövrünə, yəni neftin bitməsi, neftdən gələn gəlirlərin dayanması dövrünə, cənab prezidentin dediyi kimi, 2030-cu illərə güclü, rəqabətə davamlı iqtisadi sistemlə çıxmağı planlaşdırırıq. Lakin neftin qiymətinin süni şəkildə, bəzi beynəlxalq proseslərin təsiri altında, bir sıra beynəlxalq qüvvələrin təhriki ilə aşağı düşməsi bizi bir qədər tez yaxaladı. Buna görə də biz burda itirdiyimiz gəlirlərin digər sahələrdə kompensasiyası taktikasını hazırlayıb reallaşdırırıq. Bunların sırasında da "Cənub” qaz dəhlizi, Azərbaycanın tranzit imkanları, habelə insan kapitalı, qeyri-neft iqtisadiyyatı və digər resurslar var. Göründüyü kimi potensialımız, imkanlarımız çox genişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə enerji resurslarının ixracından əldə olunan gəlirlər hesabına bu potensialı formalaşdırmaq mümkün olub. Bütün bunlar keçən müddətdə neftdən əldə olunan gəlirlərin qeyri-effektiv istifadəsi barədə bəzi boğazdan yuxarı iddialara ən layiqli cavabdır”.
Əli Həsənov ictimaiyyətlə keçirilən görüşdə daha sonra bunları deyib:
"Bundan sonra yeni dövr başlayır. Cənab prezident son müşavirədə yeni dövrün vəzifələrini də müəyyən elədi. Bununla bağlı mən və digər vəzifəli şəxslər cənab prezidentin tapşırığı ilə regionlara səfər edir, rayon ictimaiyyəti ilə birlikdə həmin vəzifələri müzakirə edir, qarşıda duran işlərlə bağlı dövlətin mövqeyini çatdırırıq”.
Ə. Həsənov bildirib ki, qarşıdan gələn dövrdə Azərbaycanın inkişaf etmiş bazasına, infrastrukturlarına, əhalinin nikbin əhval-ruhiyyəsinə, ölkədə yaranmış demokratik ab-havaya, bazar iqtisadiyyatı normalarına, dövlət-vətəndaş, dövlət-sahibkar münasibətlərinin sağlam təməlinə söykənərək sonrakı inkişafımızı müəyyən etməliyik: Cənab prezident bununla bağlı bir çox vəzifələr irəli sürüb. Bir neçəsini diqqətinizə çatdırıram. Azərbaycanın demokratiya yolu ilə inkişafı bundan sonra da davam etməlidir. Demokratiya insan təşəbbüslərinin dəstəklənməsidir. Hər bir insan öz düşüncəsində uyğun, aldığı təhsildən, dünyagörüşündən, ətraf aləmdən mənimsədiyi bu və ya digər dəyərlərdən asılı olaraq müxtəlif təklif və təşəbbüslərlə çıxış edir. Dövlətin vəzifəsi həmin təşəbbüslərin ən dəyərlilərini, inkişaf üçün ən yararlılarını ümumiləşdirib, proqram halına salıb həyata keçirməkdən ibarətdir. Buna görə də insanlardan gələn təşəbbüslər ümumdövlət təşəbbüsünün təməlində dayanır. İnsanlardan gələn dəstək ümumdövlət siyasətinin gücünü və resursunu əks eləyir”.
Ə. Həsənovun sözlərinə görə, dövlətin öncül vəzifəsi əhalinin problemlərini həll etməkdir. Bunun üçün dövlətin bütün resursları, idarəetmə mexanizmləri - nazirliklər, komitələr, şirkətlər, mərkəzi və yerli icra hakimiyyəti orqanları hərəsi öz sahəsində insanların iqtisadi, siyasi, sosial mədəni, ailə, məişət və digər problemlərini həll etməlidirlər: "Dövlət iş yeri yaratmalıdır, amma bu və ya digər səbəbdən bunu etmək mümkün deyilsə, insanların bu sahədə qanunauyğun təşəbbüslərini dəstəkləməli və zəruri şəraiti təmin etməlidir. Bir sahibkar bir qrup adamı ətrafına yığıb hansısa iş sahəsi yarada, iş yerləri aça bilirsə, dövlət mövcud qanunvericilik çərçivəsində ona hərtərəfli dəstək göstərməlidir. Bir sözlə, dövlətin vəzifəsi yerlərdən gələn təşəbbüsləri dövlətin siyasəti və mövcud qanunlarına uyğun həyata keçirməkdən ibarətdir. Buna görə də yerli icra hakimiyyəti orqanları insanlardan gələn təşəbbüsləri müəyyən edib dövlətin standartları, qanunları, ictimai davranış normaları çərçivəsində dəstəkləməlidir”.
Əli Həsənov bildirib ki, prezidentin elan etdiyi kimi 2016-cı ildə çox ciddi iqtisadi və siyasi islahatlar həyata keçiriləcək: "Siyasi islahatlar bəllidir. İdarəetmədə struktur dəyişiklikləri həyata keçiriləcək, inkişafa mane olan, bir-birini təkrarlayan, səmərəsiz işləyən strukturlar ya ləğv olunacaq, ya da onların fəaliyyəti təkmilləşdiriləcək. Differensial fərqli yanaşma nəticəsində idarəçilik sisteminin tam modernləşdirilməsi və mövcud inkişafın tələblərinə uyğunlaşdırılması nəzərdə tutulur. İqtisadi islahatlar dedikdə, cənab prezident həm ümumilikdə bütün ölkə iqtisadiyyatının dinamik inkişafını təmin etmək, həm də hər bir region, rayon üçün differensial yanaşma tələblərini ortaya qoyub. Mərkəzdən hər bir rayonun sosial-iqtisadi inkişafı üçün ayrıca xətt ayırsa, bu tam olmayacaq. Tamlıq üçün yerlərdən təşəbbüslər gəlməlidir. Yerli icra strukturları, bələdiyyələr, digər qurumlar, həmçinin rayonlardan seçilmiş millət vəkilləri bu işə dəstək verməlidirlər. Ölkə iqtisadiyyatının ümumi inkişafı üçün hər bir rayon özünün potensialını işə salmalıdır. Yerli potensial işə salınanda isə dövlətin əsas tələbləri nəzərə alınmalıdır. Bu tələblər yerlərdə iqtisadiyyatın inkişafını, insanların potensialından istifadəni, onların sosial məsələlərinin həllini əhatə edir. Cənab Prezident dəfələrlə qeyd edib və reallıq da göstərir ki, Azərbaycanda həyata keçirilən siyasətin mərkəzində insan amili, Azərbaycan vətəndaşı dayanır. Dövlət də ona görə lazımdır ki, ümumilikdə cəmiyyətin və fərdi qaydada hər bir vətəndaşın problemini həll etsin. Ümumi problemlər sağlamlıq, işsizlik, təhsil məsələsi, sosial adaptiasiya, təşəbbüslərin dəstəklənməsi və s. məsələlərdir. Biri də var sosial müdafiəyə ehtiyacı olan aztəminatlı ailələr, xəstələr və s. Bunlar da fərdi problemləridir ki, həll olunmalıdır”.
"Biz neftlə gələn pulla Azərbaycanın elmi potensialını da inkişaf etdiririk. Azərbaycanın rəqabətədavamlı gənclərini formalaşdırırıq. Xarici ölkələrdə dövlətin hesabına təhsil alan nə qədər azərbaycanlı var”.
Bunu da Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Qubada rayon ictimaiyyəti ilə keçirilən görüşdəkı çıxışında deyib.
Ə. Həsənov bildirib ki, dövlət bu gün xarici ölkələrə xeyli miqdarda kapital yatırıb: "Təkcə Türkiyə iqtisadiyyatına bizim qoyduğumuz və gələcək illərdə qoyacağımız 20 milyard dollara yaxın xarici kapital var. Bu kapital neftdən sonrakı dövrdə pul gətirəcək. Biz Türkiyədə "Petkim” müəssisəsini özəlləşdirmişik. Türkiyə kimya sənayesinin tələblərinin təxminən 75 faizi həmin zavod vasitəsilə ödəniləcək. Gəlirlərimizin cüzi bir hissəsini həmin zavoda yönəltməklə, kimya məhsulları istehsal edəcəyik və çox böyük gəlir əldə edəcəyik. Dövlət Neft Şirkəti - SOCAR bu gün dünyada əsas neft brendlərindən birinə çevrilməkdədir. Bu gün dünyanın müxtəlif ölkələrində özünün yanacaqdoldurma və neftayırma müəssisələrini yaradıb. Nəqliyyat-tranzit imkanları, bərə terminalları, gəmi zavodu və digər infrastruktur da Azərbaycan üçün çox böyük əlavə imkanlar yaradır. Hər il Çindən Avropaya və əksinə 300 milyon tondan çox yük daşınır. Azərbaycan bunun 10 faizini qəbul edib ötürə bilsə, əldə olunan gəlirlər çox böyük perspektivlər açacaq”.
Ə. Həsənov deyib ki, bütün bunlara rəğmən cənab prezident həm də ölkənin bütün daxili resurslarının işə salınması tələbini ortaya qoyub: "Məsələn, Quba böyük, işlək əhalisi, münbit torpağı, dənizə çıxışı olan rayondur. Bu rayon niyə dövlətin dotasiyasında olmalıdır? Azərbaycan rayonlarının 90 faizi dövlətin dotasiyasında oturub mərkəzdən maliyyələşdirilir. Axı bu sonsuza kimi davam edə bilməz. Dövlət ancaq zəruri məsələlərin maliyyə təminatını öz üzərində saxlamalıdır. Rayonlar isə öz potensiallarından tam ifadə edərək, yavaş-yavaş dotasiyadan çıxmalıdır. Qubanın 50 faizi potensialı işə düşsə, rayonda işsiz adam qalmaz. Bağçılıq, meyvəçilik yerində tədarük olunsa, məhsul dünya bazarlarına çıxarılsa, rayon nəinki özünü təmin edər, hətta dövlətin zəruri xərclərinin bir hissəsini də öz üzərinə götürə bilər. Bunun üçün bütün imkanlar var, bu imkanlar işə salınmalıdır. Yerli hakimiyyət strukturları insanlardan gələn təşəbbüsləri dəstəklənməlidirlər. Regional birliklər yaranmalıdır. Nə vaxta qədər insanlar 15-20 sot torpağını çəpərləyib ailənin ehtiyacları üçün meyvə, tərəvəz yetişdirməklə kifayətlənəcəklər?! Artıq iqtisadiyyatın təmərküzləşməsi dövrü gedir ki, insan yalnız özü üçün lazım olanı eləməməlidir. Qubada 160 mindən çox əhali var. Dövlətin taxıl tədarükünə vəsait ayırmasını gözləmədən kənd təsərrüfatını inkişaf etdirib bu məsələni rayonun gücünə həll etmək olardı. Düzdür, Sahibkarlığa Yardım Milli Fondu tərəfindən verilən kreditlər hesabına Qubaya 20 milyondan artıq sərmayə yatırılıb. Təbii ki, bu da rayonda kənd təsərrüfatının, sahibkarlığın inkişafına təsir göstərib. Amma bu, yetərli deyil. Hər rayon, hər bölgə, hər kənd, hər qəsəbə, hər vətəndaş təşəbbüslərlə çıxış etməlidir. Neyləyək ki, biz özümüzü neft asılılığından qurtaraq? Biz sonrakı inkişafımızla bağlı daha nikbin, daha real nəticələri olan proqlamlarla çıxış etməliyik. Yəni necə edək ki, hər kəsin potensialından istifadə olunsun”.