2020-ci il üçün hədəf: Minimum xərc, maksimum nəticə
“Azneft” İstehsalat Birliyində (İB) “28 May” və N.Nərimanov adına neft və qazçıxarma idalərinin (NQÇİ) 2020-ci ili əhatə edən büdcələrinə dair müzakirələr aparıldı.
Əvvəlcə bu il görülən işlər və qarşıda duran hədəflərlə bağlı qısa təqdimatlar keçirildi.
Birliyin Baş direktoru Daşqın İskəndərov bildirdi ki, minimum xərc, maksimum nəticə prinsipi əsas hədəf olmalıdır.
Onun sözlərinə görə, əməyin mühafizəsi, texniki təhlükəsiz qaydalarına ən yüksək səviyyədə əməl etmək, eyni zamanda illik hasilat planını tam olaraq yerinə yetirmək hər zaman prioritet olara qalır.
Müzakirələr zamanı verilən təkliflər nəzərdən keçirildi, gələn il üçün hədəflər müəyyənləşdirildi.