İşdən çıxarılan 4 işçi dama çıxıb, intihara cəhd etdi

Kayseri Böyükşəhər Bələdiyyəsinə aid Spor MMM. şirkətinin Anadolu Möcüzələr Diyarı Zooparkından işdən çıxarılan 4 baxıcı işçi, haqsız yerə işdən çıxarıldıqlarını ifadə edərək Kayseri Jurnalistlər Cəmiyyətinin damına çıxıb intihar etmək istədi. İşçilərin hərəkətini görən bəzi vətəndaşlar telefonlarına sarılaraq görüntüləri  qeydə aldılar.
 Ətrafdakıların xəbərinə hadisə yerinə polis və xilasetmə qrupları gəlib. Xilasetmə qrupları işçilərin özlərini atmaq ehtimalına qarşı yerdə xilasetmə yastığı açdılar. Bir müddət sonra Böyükşəhər Bələdiyyəsi Ümumi Sekretarı Hüseyn Beyhan, işçiləri razı salmaq üçün yanlarına getdi. Təxminən 1 saat 15 dəqiqə davam edən səyin ardından aktivist işçilər, çıxdıqları yerdən endilər.
Böyükşəhər Bələdiyyəsi səlahiyyətliləri heyvan baxıcılığı edənlər arasında daha məhsuldar olanları heyətə götürdüklərini, müvəqqəti çalışan 4 nəfərin işini qeyri-kafi görüldükləri üçün əməkdaşlığı son verdiklərini bildiriblər.