Döşəmənin altında gizlənən sirr


Henri ailəsinin aldığı ev havadan asılı vəziyyətdədir

  ABŞ-ın Arkanzas əyalətində yaşayan Henri ailəsi uzun illər böyük, geniş ev arzusuyla yaşayıb. Nəhayət makler onlara uyğun ev tapdığını xəbərini verib.  Emili və Jefri Henri 2 övladları ilə birlikdə evə baxmağa gedib. Evi təftiş ediblər və bəyəniblər. Uşaqlar üçün seçdikləri geniş otağın döşəməsinin bəzi hissələrinin çökük olduğunu fərq ediblər, lakin “onsuz da parketləri söküb, döşəməni yeniləyəcəyik” fikirləşərək buna ciddi əhəmiyyət verməyiblər. Və evi satın alıblar. Bundan sonra təmir başlayıb və döşəmədəki parketlər də sökülməyə başlayıb. Henri ailəsi döşəmənin altında gizlənən sirri gördükdə gözlərinə inanmayıb. Parketin çökük yerinin altında, demə, 12 metr dərinliyində nəhəng hovuz varmış. Hovuzla döşəmə arasında da böyük boşluq olduğu kimi qalırdı. 

Evin əvvəlki sakinləri otağın mərkəzindəki hovuz sevdasından əl çəkmiş, lakin boşluğu doldurmayıblar. Halbuki, hovuz yerinin betonlar doldurulması gərəkirdi.

 Evin yeni sahibi Emili Henri “döşəmənin parketləri söküldüyündə nəhəng bir hovuz qarşımıza çıxdı və biz bununla nə edəcəyimizi bilmirik” deyib. Bu azmış kimi yataq otağının altından da cakuzi “çıxıb”. Henri ailəsi başa düşüb ki, aldıqları ev havadan asılı vəziyyətdədir. 

Okean ortasında bir ada kimidir. Onların iki seçimi var: ya boşluqları betonla doldurub evin zəminini möhkəmlətməli, ya da bu hovuz və cakuzini təkrar işlək vəziyyətə gətirməlidirlər. Henri ailəsi suya meyilli görünür və hovuzla cakuzini işlək vəziyyətə gətirəcək usta axtarışına çıxdıqlarını söyləyirlər. Bu iş ailəyə 30 min dollara başa gələcək.