ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Tramp Çinin Panama kanalına nəzarət etməsinə icazə verməyəcəyini bildirib.
Axar.az xəbər verir ki, Tramp bunu Vaşinqtonda jurnalistlərlə söhbəti zamanı deyib.
“Onlara 1 dollara verdilər, bizim gəmilərimizdən isə daha çox haqq alırlar (kanaldan keçid üçün – red.). Bu, baş verməyəcək. Çin Panama kanalına nəzarət edir. Bu da olmayacaq”, - Tramp bildirib.