21 aylıq körpəni qurtardılar

Cütlük xilaskarlarını ABŞ-a evlərinə dəvət etdi



TÜRK Hava Yolları (THY) təyyarəsində ilk yardım təhsili olan iki kabin məmuru, boğazına cisim düşən 21 aylıq körpənin həyatını qurtardı.

İstanbul Atatürk Hava limanından Honq- Konqa uçan sərnişin təyyarəsində beşinci sırada əyləşmiş cütlük 21 aylıq körpələri ilə səyahət edirdi. Kiçik yaşlı sərnişin boğazına ilişən bir cisimlə, nəfəs ala bilmədi. Körpənin üzü göyərdiyindən ana və ata ağlayaraq kabin qrupundan kömək istədi. İlk müdaxilə, kabin məmurları Sinəm Aydemir və Əmrə Buluddan gəldi. Cəld hərəkət edərək uşağın boğazından cismi çıxardan iki təcrübəli kabin məmuru, 21 aylıq körpəni həyata qaytardı. Houstondan gələn və İstanbuldan Honq Konqa uçan cütlük, qrupa təşəkkür edib, vəziyyəti THY-yə də bildirdi. Cütlük ayrıca, Sinəm Aydemir və Əmrə Buludu ABŞ-a evlərinə dəvət etdi.

Bu mövzuda məlumatlarını davamlı yeniləyən kabin məmurları, təyyarədə yaşana biləcək sağlamlıq problemlərinə anında müdaxilədə edə biləcək təhsilə sahibdirlər. Təyyarədə həkim sərnişinin tapılmaması vəziyyətində aldıqları təhsillə sərnişinlərə müdaxilə edə bilir. Ürək masajı edə bilən və təyyarələrdəki defibrilatör cihazı istifadəsi təhsili alan kabin məmurları, təyyarədə həkim sərnişin varsa müdaxiləyə köməkçi olur. Təməl təhsilindən sonra kabin məmurları, peşə həyatları boyunca təcili vəziyyət və sağlamlıq məlumatlarını periodik olaraq təzələyərək imtahandan keçir.