Ermənistan bankları separatçılardan üz çevirdi: Kreditlər dayandırıldı

Ermənistan bankları Qarabağdakı separatçı hərbçilərə ipoteka krediti xidməti göstərməyi dayandırıb.
Oxu.Az-ın məlumata görə, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyanın keçmiş müşaviri Akop Çaxaryan özünün “Facebook” hesabında yazıb.
A.Çaxaryan sözügedən qərarın səbəbini açıqlamayıb.