Keçmiş məhkumdan 9 kq narkotik götürüldü

Törətdiyi bu əmələ görə, Mehdiyev azı 7 il azadlıqdan məhrum olunacaq

Bakı Şəhər Baş Polis İdarəsi və Binəqədi rayon Polis İdarəsinin narkotiklərlə mübarizə şöbəsinin əməkdaşlarının birğə kecirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər Ağdaş rayon sakini, əvvəllər məhkum olunmuş Cəmşid Mehdiyevdən nə az, nə cox düz 9 kq 200 qr marixuana götürülüb. APA TV-nin məlumatına görə, istintaqla müəyyən olunub ki, Cəmşid Mehdiyev əvvəllərdə narkotik vasitələrin satışı və istifadəsi ilə məşğul olub. Polisdə onun rayonların narkotik vasitə gətirməsi barədə məlumat daxil olub. Şərti alıcı qismində polis əməkdaşlarından biri ona yaxınlaşıb və marixuananı Bakıya gətirməkdə yardımcı olub. Törətdiyi bu əmələ görə, Mehdiyev azı 7 il azadlıqdan məhrum olunacaq. Faktla bağlı CM-nin 234. maddəsi ilə cinayət işi acılıb.