Azərbaycanlı futbolçuları daşıyan avtobus külə döndü



 
Bu səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində mikroavtobus yanıb.

Modern.az "ARB Şimal"a istinadən xəbər verir ki, "İnter” futbol klubunun müxtəlif yaş qruplarında çıxış edən, Xaçmaz rayonundan olan futbolçularını aparan "27 BO 154" dövlət nömrə nişanlı "QAZel” markalı mikroavtobus qəfildən alışıb.

Uşaqların məşqçisi Zöhrab Mahmudovun verdiyi məlumata görə, maşında olan 20 nəfər futbolçudan xəsarət alan olmayıb. Maşının kabinəsinə tüstü dolmağa başlayan kimi futbolçular avtomobildən düşürülüb.
Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub, mikroavtobus söndürülüb.