Azərbaycanda hələ də iş adamları çalışır ki, özlərinə məxsus şadlıq sarayı və mağazaya beynəlxalq ad qoysun.
Bu sözləri Sherg.az-a millət vəkili Nizami Cəfərov söyləyib. Deputatın sözlərinə görə, bu, bizim ən ağrılı yerimizdir:
" Azərbycanda ən gözəl saraylardan biri olan Buta sarayı var. Buta adı gözəldi də. Çünki ad milli olanda onun reklamı və rəsm təqdimatları da milli olacaq. Addan çox şey asılıdır. O sarayın reklamı zamanı çoxsaylı şəkillərdən istifadə olunacaq ki, bu da, özündə milli xüsusiyyət daşıyır. Yaxşı olardı ki, sahibkarlar saraylarına milli adlar seçsinlər".
Ayyət