Heydər Əliyev Beynəlxalq Hava Limanının ətrafında Xüsusi İqtisadi Zona yaradılacaq.
Modern.az-ın xəbərinə görə, bu öz əksini "Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası”nin layihəsində tapıb.
Layihənin "4.3.5.1 Nəqliyyat sektorunun inkişaf istiqamətləri” adlanan fəslində bildirilir ki, ölkədə milli aviadaşıyıcının fəaliyyətinin daha da kommersiyalaşdırılması, tranzit yük daşımaları potensialının artırılması məqsədilə Heydər Əliyev Bakı Beynəlxalq Limanının hüdudlarında Xüsusi İqtisadi Zona və ölkə ərazisində hava nəqliyyatı logistik aşırma qovşaqları yaradılacaq.
"Azərbaycanın 2017-ci il və gələn üç il üzrə iqtisadi-sosial inkişaf konsepsiyası” artıq Milli Məclisə təqdim olunub və parlamentin qarşıdan gələn plenar iclasında müzakirə olunacaq.