Avropa Parlamentinin rəhbəri Martin Şults bəyan edib ki, onun səlahiyyət müddəti başa çatan kimi istefaya gedəcək.
Modern.az xarici mediaya istinadən xəbər verir ki, Şults bu barədə Brüsseldə keçirilən mətbuat konfransında deyib:
"Mən yeni müddətə namizədliyimi irəli sürməyəcəyəm. Növbəti il Şimali Reyn –Vesfaliya federal torpağında öz partiyamın siyahısına rəhbərlik edəcəyəm”.
Martin Şults Avropa Parlamentinin sədri vəzifəsini 2012-ci il yanvarın 12-dən turur. Avropa Parlamentində isə 1994-cü ildən işləyir.