Avropa Parlamenti Türkiyə ilə əlaqələrini dondurmağa bağlı qərar verib.
Modern.az-ın Türkiyə KİV-ə istinadən verdiyi xəbərə görə, Avropa Parlamenti Türkiyənin Avropa İttifaqına üzvlüyü ilə bağlı 2005-ci il oktyabrın 3-də başlanan müzakirə prosesinin müvəqqəti dondurulması haqqında qərar qəbul edib.
Xəbərə görə, 479 deputat qərarın lehinə səs verib, 107-si bitərəf qalıb, 37-si isə əleyhinə çıxıb.
Xatırladaq ki, Avropa Parlamentinin qərarları tövsiyə xarakterlidir. Türkiyə ilə üzvlük müzakirələri yalnız Avropa İttifaqı Şurasının qərarı ilə dayandırıla bilər.