Xanımlara TÖVSİYYƏ: "Keysəriyyə əməliyyatına meyl etməyin"- TƏHLÜKƏ




Gənc xanımlara tövsiyyəm odur ki, övladlarını təbii yolla dünyaya gətirsinlər. 

Bu barədə Sherg.az-a son zamanlar gənc xanımların keysəriyyə əməliyyatına olan maraq və meylinin artmasından danışarkən Tovuz rayon Mərkəzi Xəstəxanasının mama-ginekologiya şöbəsinin müdiri Hüriyyə Məmmədova söyləyib.

 Onun sözlərinə görə, qadının gözəlliyi övladını təbii yolla dünyaya gətirməkdədir

"Bu, həm ana , həm də övlad üçün yaxşıdır. Uşaq təbii yolla doğulanda sonra ağlayır və ciyərləri nəfəs alır. Bu da, yaxşı haldır. Keysəriyyə əməliyyatı ilə doğulan uşaq travma alır. İstər- istəməz "narkoz" ona mənfi təsir göstərir. Təbii yolla doğulan uşaqların 99, 99 faizi travmasız olur. Amma keysəriyyə əməliyyatı ilə doğulanlarda müəyyən qüsurların olması istisna edilmir. Bu mənada gənc xanımlarımıza tövsiyyəm odur ki, keysəriyyə əməliyyatına üstünlük verməsinlər. Övladlarını təbii yolla dünyaya gətirsinlər. Bizə müraciət edən bütün xanımlara təbii yolla doğuşu təklif edirik. Yox əgər görsək ki, təbii yolla onda hər hansı bir problem yaranar, onda keysəriyyə edirik. Bir daha təkrar edirəm ki, heç bir problemləri yoxdursa, övladlarını təbii yolla dünyaya gətirsinlər. Keysəriyyənin uşağa mənfi təsirləri çox olur".

Qeyd edək ki, son zamanlar gənc xanımların keysəriyyə əməliyyatına meyli artıb.

Ayyət