Yuxarı Manhetten məktəbində oxuyan şagirdlərin valideyinləri ABŞ-ın yeni prezidenti Donald Trampın 10 yaşlı oğlu Berronun dərs ilinin axırına kimi Nyu-Yorkda qalmasını istəmirlər.
Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, onlar hesab edirlər ki, bu təhsil ocağında təhlükəsizlik sistemi yüksək vəzifəli şəxsin oğlunun mühafizəsi üçün yetərli deyil.
Valideynlərin bəziləri hətta yeni birinci ledi Melaniya Trampa görə liftin mühasirəyə alınmasından da şikayətləniblər.
Trampın mətbuat xidmətinin nümayəndəsi Melaniya Tramp və onun oğlu Berronun Ağ evə gəlməyəcəyini təsdiqləyib.