Ermənistan Sərhəd Qoşunlarının komandanı vəzifəsindən azad edildi

Ermənistan Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan vəzifəsindən azad olunub.
Bakupost.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Prezident Vaaqn Xaçaturyan fərman imzalayıb.
Qeyd edək ki, Maralçyan 2020-ci ilin oktyabrında sərhəd qoşunlarının komandanı təyin edilib.