Oktyabrın 10-da Gürcüstan Prezidenti Mixail Saakaşvili Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.
Mixail Saakaşvili prezident seçkilərində əldə etdiyi inamlı qələbə münasibəti ilə dövlət başçısını təbrik edib, xalqımızın rifahı və dövlətimizin gələcək inkişafı naminə ona ali dövlətçilik fəaliyyətində uğurlar arzulayıb. Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə Gürcüstan prezidentinə minnətdarlığını bildirib.
Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Gürcüstan prezidenti Mixail Saakaşvili ölkələrimiz arasında dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluq ifadə edib, qarşılıqlı əlaqələrin bundan sonra daha da möhkəmlənəcəyinə əmin olduqlarını bildiriblər.