255 min hektara yaxın istifadəsiz torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib
09:51 06.06.2018
Arxiv
436
Azərbaycanda 44 rayon üzrə 1500-ə yaxın hüquqi və fiziki şəxs tərəfindən kənd təsərrüfatı təyinatlı torpaqların səmərəsiz və ya ümumiyyətlə istifadəsiz qalması faktları aşkarlanıb.
Trend-in məlumatına görə, bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədr müavini Rafiq Cəlilov Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında deyib.
R.Cəlilov bildirib ki, aparılan tədbirlər nəticəsində 255 min hektara yaxın istifadəsiz qalmış kənd təsərrüfatı təyinatlı torpaqlar geri qaytarılaraq təkrar istifadəyə verilib.
Onun sözlərinə görə, monitorinqlər nəticəsində qanunsuz hasarlama və zəbt olunma halları daha çox Abşeron, Beyləqan, Bərdə, Göygöl, Sabirabad, Salyan, Goranboy, Xaçmaz rayonlarında aşkarlanıb, Neftçala, Samux, Hacıqabul, Şamaxı, Xızı və Ağstafa rayonlarında isə daha çox istifadəsiz torpaqlar müəyyənləşdirilib.
R.Cəlilov vurğulayıb ki, mülkiyyət növündən və təyinatından asılı olmayaraq bütün torpaqların uçotu komitə tərəfindən aparılır. O qeyd edib ki, komitə bu işləri yeni texniki vasitələrlə həyata keçirir: "Bütün ölkənin ərazisi mühəndislər tərəfindən dəqiq ölçülür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Peskov: Litva Rusiyanın nüvə silahlarının hədəfi olacaq
13:28 11.09.2026
Dünya
Sonaxanım polisə müraciət etdi
12:31 11.09.2026
Şou
Bakıda bu yol tam bağlanır
12:14 11.09.2026
İnfrastruktur
Paşinyan Özbəkistan Prezidentinə zəng etdi
11:49 11.09.2026
Gündəm
"Bavariya"nın 13 illik seriyası davam edir
11:36 11.09.2026
Futbol
Türkiyədə 43 bələdiyyə işçisi və podratçı saxlanılıb
10:37 11.09.2026
Region
"Bazel" baş məşqçisi Ştefan Lixtştaynerlə yollarını ayırıb
10:36 11.09.2026
Futbol