Bakıda 100 min manata civə satanlar tutuldu




Bakıda civə satan şəxslər tutulub. 

 Sherg.az Daxili İşlər Nazirliynə istinadən xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Elşən Quliyev və Xəqani Məmmədov 1 kiloqram 730 qram (ağ) və 10 ml (qırmızı) civəni 100 min manata satarkən tutulublar.

Araşdırma aparılır.