Havalar yanvarın sonunadək qarlı-şaxtalı keçəcək




Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin 

Sherg.az-a verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvar ayının sonunadək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, arabir güclənən şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Havanın minimal temperaturu yanvarın 28-29-da 0-3 dərəcə şaxta təşkil edəcək. Gecə və səhər bəzi yerlərdə yolların buz bağlayacağı ehtimal olunur.