Onun hər yerinə platin və protez taxılıb
Adanada sümük əriməsi səbəbiylə 26 dəfə əməliyyat keçirməsinə baxmayaraq sağlamlığına qovuşa bilməyən qadın, başqasının köməyinə möhtac yaşayır.
8 il əvvəl Əhməd Aratla tanış olaraq, nişanlanan Özləm Aratın sümük ağrıları da elə bu zamandan başlayıb. Həkimə gedib müayinə olan Arat sümük əriməsindən müalicə görməyə başlayıb. 2008-ci ildə Əhməd Aratla həyatını birləşdirən Özləmin evləndikdən sonra müalicə olmasına baxmayaraq sümük ağrıları daha da artıb. Arat həkimə getdiyində hamilə olduğunu öyrənib, körpəyə zərər gəlməməsi üçün müalicəsinə də ara verib. Ancaq narahatlığından dolayı ilk körpəsini 6 ay 10 günlükdə dünyaya gətirib. Aylarla xəstəxanada qalan körpəyə doğuşdan ürəyi dəlik və ağciyər narahatlığı diaqnozu qoyulub.
Yenidən müalicəsini davam etdirən Özləm Arat ikinci körpəsinə də hamilə qalır və bir oğlan dünyaya gətirir. Bu doğumdan sonra Özləm Aratın sümüklərindəki ağrılar daha da artıb. Həkimə getdiyində sümük əriməsinin çox irəlilədiyini və bu səbəblə təcili olaraq əməliyyat keçirməsinin zəruri olduğu deyilib.
Arat Adana Nümunə Təhsil və Araşdırma Xəstəxanasının nəzdində Seyhan Tətbiq Mərkəzində Ortopedi Mütəxəssisi professor M. F. U. tərəfindən müayinə edilib. Sümük əriməsi çox irəlilədiyi üçün təcili olaraq ombaya protez taxılıb. 2 ay ağrıları dayanan Arat yenidən xəstələnib, ayağa belə qalxa bilməyib. Böyük qardaşı tərəfindən həkimə aparılan Arata protezin məsanə bölgəsində olduğunu və təcili olaraq əməliyyat keçirməsi lazım olduğu deyilib. Həkimlər dərhal Aratı əməliyyata alıb protezi məsanədən çıxardıb ombaya taxıb. Ancaq bu protezin səhv yerə ilişməsindən ötəri bədəndə sümüklər iltihablandığı və zərər gördüyü üçün Arat ard-arda boyun, qıç, qol kimi yerlərdən tam 26 dəfə əməliyyat keçirərək platin və protez taxılıb. Bu vaxt Aratın bir ayağı digərindən 7 santimetr qısalıb. Xüsusi ayaqqabı və başmaq geyməyə başlayan gənc qadın, 26 dəfə əməliyyat keçirməsinə baxmayaraq yatağa məhkum bir həyat sürməyə başlayıb. Arat indi daha 3 əməliyyat keçirəcəyini gözləyir: "Bütün sümüklərimə protezin səhv taxılması səbəbindən infeksiya düşüb. Həkimlər 3 ildə infeksiyanı quruda bilmədi. Sonra xaricdən bir alət gətirtdilər, onu ombaya yerləşdirdilər və 1 il qaldı sonra geri çıxardıb təkrar yeni bir protez taxdılar. Bu vaxt mənim digər sümüklərimə vurdu iltihab, sağ, sol düz qapağımı bel və boynumu, hər tərəfimi vurdu. Boynuma və belimə platin atıldı, əlim də sinir sıxışmasından əməliyyat edildi. 26 əməliyyat keçirdim, 3 əməliyyatım daha var, 2 qol əməliyyatı bir də sağ ombaya ilişən protez təkrar çıxıb”. Həyatın artıq çox çətin olduğunu izah edən Arat hər kəsə yük olduğunu və öz ehtiyaclarını ödəyə bilmədiyini deyib: "Artıq qollarımı da işlədə bilmirəm. Çox vaxt yeməyimi yoldaşım yedizdirir. Uşaqlarıma anam baxır. Günümün çoxu xəstəxanada keçir”. Onu bu hala gətirən həkimin məhkəməyə verdiyini vurğulayan Özləm Arat gözyaşlarına boğularaq artıq yorulduğunu deyib. Həyat yoldaşının bu halına kədərlənən və bir an olsun ondan köməyini əsirgəməyən Əhməd Arat da gözyaşlarını tuta bilməyib. Özləm Aratı ilk əməliyyatından sonra müayinə edən həkimlər rentgen zamanı ombada olması lazım olan protezin məsanədə olduğunu gördüklərini, ancaq bunun səhvmi taxıldığını, yoxsa sonradanmı sürüşməsininin təsbit olunmasının çətin olduğunu deyiblər.